XƏBƏRLƏR

Fərdi inkişaf mühazirələrinə start verildi

Fərdi inkişaf mühazirələrinə start verildi

18 sentyabr 2018

Baxış sayı: 3243

Azərbaycan Universitetində Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün təşkil olunan ənənəvi fərdi inkişaf mühazirələrinə start verilib. “İslam bankçılığına giriş” mövzusunda təşkil olunmuş mühazirəni İslam bankçılığı və iqtisadiyyatı mərkəzinin rəhbəri Muhammad Zubair Mughal aparıb.

Tədbiri Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov açaraq yeni tədris ilinin başlanması münasibəti ilə tələbələri təbrik edib və uğurlar arzulayıb. Əli Həsənov iştirakçılara fərdi inkişaf mühazirələri haqqında məlumat verib və qonaqları təqdim edib.

İqtisadi resursların öyrənilməsi İctimai Birliyinin rəhbəri Ruslan Atakişiyev qeyd edib ki, Strateji Yol Xəritəsində əsas hədəflərdən biri qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir. Kənd təsərrüfatı və turizm ölkədə qeyri-neft sektorunun inkişafının aparıcı istiqamətləridir. İslam bankçılığı xidmətlərinin inkişaf etdirilməsi bu sahədə böyük rol oynaya bilər.

İslam bankçılığı və iqtisadiyyatı mərkəzinin rəhbəri Muhammad Zubair mühazirədə İslam bankçılığının əhəmiyyəti və faydaları, prinsipləri, xüsusiyyətləri, məhsulları və tətbiqi kimi məsələlərə aydınlıq gətirilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.09.2018


DİGƏR XƏBƏRLƏR