XƏBƏRLƏR

Fərdi inkişaf mühazirələrinin növbəti qonağı peşəkar təlimçi Fəxri Ağayev olub

Fərdi inkişaf mühazirələrinin növbəti qonağı peşəkar təlimçi Fəxri Ağayev olub

20 oktyabr 2017

Baxış sayı: 5921

Azərbaycan Universitetinin ənənəvi fərdi inkişaf mühazirələrinin bu həftəki qonağı “AAAF Holdinq”in vitse – prezidenti, biznes konsultant və peşəkar təlimçi Fəxri Ağayev olub. Fəxri Ağayevin təqdimatında “Uğurlu karyera” adlı mühazirədə təlimçinin peşəkar yanaşmaları və şəxsi təcrübəsi əsasında tələbələrə uğurlu karyera quruculuğu haqqında məlumat verilib.   

Təlimçi qeyd edib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti də çox böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən tələbələr təhsil müddətini səmərəli keçirməli və öz üzərlərində çox işləməlidirlər. Uğurlu karyeraya nail olmaq istəyən gənclər onun bönövrəsini tələbəlik dövründə qoymalı və inkişaf ali təhsilin bitməsi ilə durmamalı, daimi olmalıdır.

Təlimçi uğurlu karyera mövzusunda tələbələri düşündürən sualları da cavablandırıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi
20.10.2017


DİGƏR XƏBƏRLƏR