XƏBƏRLƏR

Fərdi inkişaf mühazirələrinin növbəti qonağı peşəkar tərcüməçi Xaqani Əliyev olub

Fərdi inkişaf mühazirələrinin növbəti qonağı peşəkar tərcüməçi Xaqani Əliyev olub

10 noyabr 2017

Baxış sayı: 6129

Azərbaycan Universitetinin ənənəvi fərdi inkişaf mühazirələrinin növbəti qonağı ABŞ-ın Azərbaycandakı səfirliyinin tərcüməçisi Xaqani Əliyev olub.  Xaqani Əliyev Xarici dillər kafedrasının müəllimləri və Humanitar fənlər fakültəsində Tərcümə (İngilis dili) ixtisası üzrə təhsil alan tələbələr üçün "Tərcümə peşəsinin sirləri və qarşıya çıxan çətinliklər" mövzusunda mühazirə oxuyub.

Mühaziədə tərcümə anlayşı, növləri, təsnifatı və prinsipləri, hər bir tərcümə növünə qoyulan tələblər, tərcümə peşəsi, tərcüməçilərin təşkilatlanması, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) fəaliyyəti, tərcüməçilərin peşə etikası, tərcüməçilərin istinad edə biləcəkləri köməkçi vasitələr, tərcümə bazarı və iş yerləri, məşhur tərcüməçilər, tərcümə məktəbləri və arasındakı fərqlər, dilin inkişafı kimi mövzular haqqında faydalı məlumatlar çatdırılıb, iştirakçıların sualları cavablandırılıb. 

Tədbirdə Xaqani Əliyevin "İngiliscə - Azərbaycanca əhatəli lüqət" kitabının təqdimatı da olub. Təqdimatı Xarici dillər kafedrasının müəllimi Oqtay İsmayılzadə aparıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi
10.11.2017

DİGƏR XƏBƏRLƏR