XƏBƏRLƏR

Filologiya tələbələri beynəlxalq kitab sərgisini ziyarət edib

Filologiya tələbələri beynəlxalq kitab sərgisini ziyarət edib

28 sentyabr 2017

Baxış sayı: 5669

Azərbaycan Universitetinin Filologiya ixtisası üzrə təhsil alan I və III kurs tələbələri Azərbaycan dili və ədəbiyyat kafedrasının professor-müəllim heyəti ilə birlikdə bu gün Bakı İdman Sarayında öz işinə başlayan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində iştirak edib. Burada  ziyarətçilərə təqdim olunan kitab stendləri ilə tanış olan tələbələr Aqil Abbas, Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Çingiz Əlioğlu kimi qələm sahibləri və ziyalılarla ünsiyyətdə olmaq, kitaba müasir baxış, kitabın təbliğatı sahəsində görülən işlər, intellektual səviyyənin yüksəlməsində kitabın rolu və s. mövzularda müzakirə aparmaq imkanı əldə ediblər.

Tələbələrə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova rəhbərlik edib.

Üç gün davam edəcək beynəlxalq kitab sərgi – yarmarkasında 40-dan artıq xarici nəşriyyat iştirak edir, sərgi çərçivəsində təqdimatlar, müzakirələr, dəyirmi masalar keçiriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi
28.09.2017


DİGƏR XƏBƏRLƏR