XƏBƏRLƏR

Filologiya I kurs tələbələri ingilis dilində tələffüz bacarıqlarını nümayiş etdiriblər

Filologiya I kurs tələbələri ingilis dilində tələffüz bacarıqlarını nümayiş etdiriblər

26 dekabr 2016

Baxış sayı: 4694

Bu gün Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Universitetin baş müəllimi Xavər Əliyevanın Filologiya (Azərbaycan dili və ədəbiyyatı) I kurs tələbələrinə tədris etdiyi Praktik ingilis dili fənninin semestr yekunu olaraq ərsəyə tədbirdə tələbələr ingilis dilində tələffüz bacarıqlarını sərgiləyiblər.

Tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığının müxtəlif məqamları tələbələr tərəfindən ingilis dilində səsləndirilib, slayd və videolar təqdim edilib.

Ayan Əhmədova Üzeyir Hacıbəyovun gəncliyi, Aynurə Heydərli həyat və yaradıcılığının maraqlı anları, Könül İsayeva komediya və operaları, Elşad Qasımlı isə həyatının son illəri haqqında məlumat verib. Tələbələr həmçinin dahi bəsətkarın ömür yolunu əks etdirən sualları ingilis dilində cavablandırıblar.

Tədbiri fakültənin dekanı dos. Səfər Məmmədov da izləyib. Dekan qeyd edib ki, müasir dövrdə ingilis dilini bilmək karyera imkanlarını genişləndirir, bu səbəbdən tələbələr öz üzərlərində daha çox işləməlidilər.

Dekan çıxışında tələbələri qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib, qış sessiyasında uğurlar arzulayıb. 

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
26.12.2016

DİGƏR XƏBƏRLƏR