XƏBƏRLƏR

Filologiya tələbələri yazıçı Rüstəm Mirzəyevlə görüşüblər

Filologiya tələbələri yazıçı Rüstəm Mirzəyevlə görüşüblər

19 may 2022

Baxış sayı: 1356

Yazıçı, tərcüməçi Rüstəm Mirzəyev Azərbaycan Universitetin filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisası üzrə təhsil alan I və III kurs tələbələri ilə görüşüb. Görüş Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Hüseyn Hüseynlinin moderatorluğunda təşkil olunub. Hüseyn Hüseynli qonağı tələbələrə təqdim edərək qeyd edib ki, Rüstəm Mirzəyev ixtisasca hüquqşünasdır, hazırda Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin mütəxəssisidir. Rus, portuqal və ingilis dillərini bilir. 2010-cu ildən rus dilində qısa hekayə və romanlar yazır. 2019-cu ildə "Почему? Книга первая: Капоэйра" adlı ilk romanı işıq üzü görüb. Bu, tarixi hadisələr fonunda baş verən detektiv, psixologiya, mistika və melodram elementləri olan bir romandır. Romanda hadisələr 1969-cu ildə Braziliyada baş verir. Hazırda isə o, Ukrayna – Rusiya müharibəsindən bəhs edən yeni bir əsər üzərində işləyir.

Daha sonra Rüstəm Mirzəyev tələbələr qarşısında yazı bacarıqlarının inkişafına həsr olunan məruzə ilə çıxış edib. Qonaq qeyd edib ki, uğurlu ünsiyyətin təməlini yazı bacarıqlarının inkişaf etdirilməsi təşkil edir. Peşəkar yazı bacarıqları qarşı tərəfdə sizə qarşı inam və müsbət obrazın yaranmasında böyük əhəmiyyət kəsb edir.

Görüşdə tələbələrə müxtəlif yazı növləri və onların strukturu, funksiyaları haqqında məlumat da verilib.

Görüş mövzu ətrafında müzakirə ilə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.05.2022

DİGƏR XƏBƏRLƏR