XƏBƏRLƏR

Gənc tədqiqatçılar üçün elmi işin hazırlanmasına dair mühazirələrə start verilib

Gənc tədqiqatçılar üçün  elmi işin hazırlanmasına dair mühazirələrə start verilib

05 dekabr 2022

Baxış sayı: 7422

Azərbaycan Universitetinin magistratura II kurs tələbələri, doktorant, dissertantlar və gənc tədqiqatçıları üçün  elmi işin hazırlanmasına dair mühazirələrə start verilib. Birinci görüşdə araşdırma strategiyasında vacib məqamlar dəyirmi masa ətrafında müzakirə olunub. 

Tədbiri giriş sözü ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva açaraq qeyd edib ki, mühazirələrin məqsədi elmi fəaliyyət prosesində gənc tədqiqatçılara istiqamət vermək, elmi işlərin yerinə yetirilməsində onlara dəstək olmaqdan ibarətdir. 

Ardınca Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova, İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev, Tərcümə və filologiya kafedrasının müdiri Samirə Məmmədova və Xarici dillər kafedrasının müdiri Aygün Qasımova çıxış edərək elmi tədqiqat işinin planlaşdırılması və aparılması qaydaları, yazılması, nəşr olunması kimi proseslərin böyük əhəmiyyət daşıdığını vurğulayıb, mühazirələrin təşkil olunma qaydası və mövzular barədə məlumatları diqqətə çatdırıblar. Çıxışlarda qeyd olunub ki, iştirakçılar dissertasiyanın nəzəri əsasları,  tədqiqatda metod və metodologiya problemləri, elmi məqalənin strukturu və SCOPUS bazasında uyğun jurnallarla iş,  dissertasiyanın strukturu, məqalələrin beynəlxalq indeksli bazalara təqdim olunması, dissertasiyanın müzakirəyə təqdim olunması qaydaları və bu kimi mövzularla tanış olacaqlar. 

Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, mühazirələr Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşəbbüsü və kafedraların dəstəyi ilə təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR