XƏBƏRLƏR

Gənclərin pis vərdişlərdən yayındırılmasına həsr olunmuş təlim

Gənclərin pis vərdişlərdən yayındırılmasına həsr olunmuş təlim

14 noyabr 2019

Baxış sayı: 3820

Azərbaycan Universitetinin tələbələri üçün "Gənclərin hüquqlarının öyrənilməsi və pis vərdişlərdən yayındırılması" mövzusunda təlim təşkil olunub. Təlimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə aparıb.

Tədbirdə qeyd olunub ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən öz fəaliyyət istiqamətlərinə uyğun olaraq gənclər və yeniyetmələr arasında davamlı olaraq maarifləndirici tədbirlər keçirilir. Yeniyetmə və gənclər arasından pis və zərərli vərdişlərin yayılması, yaratdığı təhlükələr və qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Bildirilib ki, zərərli vərdişlərdən olan narkomaniya müasir dövrün ən böyük bəlasına çevrilib. Narkotik maddə aludəçiliyi artan xətt üzrə davam edir və həllini gözləyən ağır problem olaraq qalır.

Tədbirdə narkomaniya və onunla mübarizə ilə bağlı statistik rəqəmlər də açıqlanıb və maarifləndirici tədbirlərin təşkilinin ən səmərəli profilaktiki tədbir olduğu vurğulanıb. Eyni zamanda zərərli vərdişlərdən asılı vəziyyətə düşmənin səbəbləri, narkotik vasitələrdən istifadənin insan orqanizmində törətdiyi fəsadlar, cəmiyyətə neqatif təsirləri, narkotizmlə mübarizə yolları haqqında interaktiv müzakirə aparılıb, tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.11.2019


DİGƏR XƏBƏRLƏR