XƏBƏRLƏR

“Gender bərabərsizliyində qadınların psixo-emosional vəziyyəti” mövzusunda tədbir keçirilib

“Gender bərabərsizliyində qadınların psixo-emosional vəziyyəti” mövzusunda tədbir keçirilib

19 aprel 2022

Baxış sayı: 1544

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının heyətinə Fullbright Proqramı ilə qoşulan ABŞ-ın Kanzas universitetinin professoru Mehrəngiz Nəcəfizadənin tədris etdiyi “Genderə giriş” fənninin növbəti qonaq mühazirəçisi “İnci” Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru, “Ömrün uğurlu bünövrəsi” adlı kitabın müəllifi Ramidə Məmmədova olub. Qonaq tələbələrə “Gender bərabərsizliyində qadınların psixo-emosional vəziyyəti”  mövzusunda mühazirə oxuyub.

Mühazirədə qeyd olunub ki, Azərbaycan qadını tarix boyu vətənin müdafiəsi, ərazi bütövlüyü və suverenliyi, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparıb, hünər, cəsarət, vətənpərvərlik və müdriklik nümunəsi olub. Azərbaycanın müstəqilliyinin ilk illərində, Ermənistanın ölkəmizə hərbi təcavüzü ilə başlayan Qarabağ müharibəsində iştirak edən qadınlarımız fədakarlığı, şücaəti və qəhrəmanlıqları ilə seçiliblər. Milli qəhrəmanlarımız jurnalist Salatın Əsgərova, I Qarabağ müharibəsinin şəhidi Qaratel Hacımahmudova, Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışova Azərbaycan qadınının vətənsevərlik, mərdlik, cəsarət simvoludurlar.

Ramidə Məmmədova çıxışında tələbələrə qadınların həm istehsalatda, həm də məişətdə üzləşdikləri çətinliklər, psixoloji problemlər və həll yolları haqqında məlumat verib, onların mövzuya dair suallarını cavablandırıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.04.2022

DİGƏR XƏBƏRLƏR