XƏBƏRLƏR

Gender probleminə həsr olunmuş beynəlxalq konfrans onlayn formatda keçiriləcək

Gender probleminə həsr olunmuş beynəlxalq konfrans onlayn formatda keçiriləcək

20 noyabr 2020

Baxış sayı: 2600

“Gender problemi və müasir Azərbaycan” beynəlxalq konfransının işi mövcud ekstremal şəraitə uyğun olaraq ZOOM platforması üzərindən onlayn formatda təşkil olunacaq.

Böyük Britaniyanın Middlesex Universitetinin tərəfdaşlığı ilə noyabrın 27-də keçiriləcək konfransın açılışında professorlar Victoria de Rijke (Middlesex Universiteti, London, İngiltərə), Rəna İbrahimbəyova (Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan) və Paul Gibbs  (Middlesex Universiteti, London, İngiltərə; Azərbaycan Universiteti) plenar məruzə ilə çıxış edəcəklər. Tədbirin bölmə iclaslarında isə yerli və xarici 30-a yaxım alimin iştirakı gözlənilir.

2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbir 2019-cu ildən başlayaraq beynəlxalq statusda keçirilir. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib.

Konfransın əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir. 

İctimaiyyətlə əlaqələr şöbəsi
20.11.2020

DİGƏR XƏBƏRLƏR