XƏBƏRLƏR

Hazırlıq qrupları tələbələrinin iştirakı ilə “Gələcəyi necə təsəvvür edirik” mövzusunda tədbir keçirilib

Hazırlıq qrupları tələbələrinin iştirakı ilə  “Gələcəyi necə təsəvvür edirik” mövzusunda tədbir keçirilib

08 iyun 2023

Baxış sayı: 813

Xarici Dillər kafedrasının təşəbbüsü ilə Biznes və İqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarının dil hazırlığı qruplarında oxuyan tələbələrin iştirakı ilə  “Gələcəyi necə təsəvvür edirik” mövzusunda  tədbir keçirilib.  Tələbələr tədbirə kafedranın müəllimləri Səbahət Hacıyeva və Aygün Dururun rəhbərliyində hazırlaşıblar. 

Tədbir iki hissədən ibarət olub. Birinci hissədə tələbələr gələcəyə dair təsəvvürləri haqqında hazırladıqları təqdimatları nümayiş etdirib, mövzu haqqında fikir mübadiləsi aparıblar. İkinci hissədə isə Səbahət Hacıyevanın moderatorluğu ilə gələcək ilə bağlı ssenari əsasında rol oyunu keçirilib.  

Tələbələrin təqdimatını elmi işlər üzrə prorektor Yusif Qasımov da izləyib. Prorektor tələbələrin dil və təqdimat bacarıqlarını yüksək qiymətləndirib, onlara öz tövsiyələrini verib və təşəkkürünü bildirib. 

Tədbirdə elmi işlər üzrə prorektor Yusif Qasımov ilə yanaşı Biznes və İqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, Keyfiyyət təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova, Xarici Dillər kafedrasının müdiri Aygün Qasımova və kafedranın müəllimləri iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR