XƏBƏRLƏR

“Həvəsin son nəfəsin olmasın” mövzusunda vebinar keçirilib

“Həvəsin son nəfəsin olmasın” mövzusunda vebinar keçirilib

25 may 2021

Baxış sayı: 1969

Sosial işin təşkili kafedrasının tərkibində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən narkomaniyanın fəsadlarına həsr olunmuş “Həvəsin son nəfəsin olmasın” adlı vebinar keçirilib. Vebinarın qonağı Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, psixiatr, narkoloq Pərvin Məmmədov olub.

Tədbirdə Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Şalan Novruzovun “Psixotrop maddələr”, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistratura II kurs tələbələri Kəmalə Abbasovanın “Psixoloji amillərin, ailə və şəxsiyyət xüsusiyyətlərinin asılılıqlardakı rolu” və  Aygün Muradlının “Əlilliyi olan şəxslərin narkotik maddədən asılılığı və narkomaniyanın fəsadları” mövzusunda təqdimatları dinlənilib.

Qonaq tələbələrin təqdimatlarına münasibət bildirib, narkomaniya ilə mübarizədə maarifləndirici tədbirlərin və profilaktiki işin təşkilinin əhəmiyyətini vurğulayıb. Pərvin Məmmədov iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva bildirib ki, vebinar “Empatiya” klubunun bu tədris ili üçün sonuncu tədbiridir. Kafedra müdiri dəvəti qəbul etdiyinə görə Pərvin Məmmədova və il ərzində göstərdikləri təşəbbüskarlıq və təşkil olunan tədbirlər üçün klub üzvlərinə və tələbələrə təşəkkür edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.05.2021

DİGƏR XƏBƏRLƏR