XƏBƏRLƏR

Azərbaycan Universitetində “Heydər Əliyev ili” tədbirlər planının icrasına start verilib

Azərbaycan Universitetində  “Heydər Əliyev ili” tədbirlər planının icrasına start verilib

06 fevral 2023

Baxış sayı: 4904

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli həyat və fəaliyyətini əks etdirən tədbirlərə start verilib. İlk tədbiri Maliyyə və mühasibat kafedrası keçirib. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda elmi seminar  2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq təşkil olunub.

Kafedranın müdiri Nəriman Böyükkişi açılış nitqi ilə çıxış edərək qeyd edib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummili lider Heydər Əliyevin gərgin əməyinin, güclü siyasətinin müstəqilliyin ilk illərində dərin böhrana düçar olmuş ölkə iqtisadiyyatı müasir dövrün tələblərinə uyğun qurulub, dünya iqtisadiyyatına inteqrasiya edilib. Həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafında Heydər Əliyevin xidmətləri böyükdür. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi kurs hazırki dövrdə də öz əhəmiyyətini qoruyub saxlayır. 

Ardınca Maliyyə və mühasibat kafedrasının dosenti Əliağa İsmayılzadə,  kafedranın müəllimləri Çingiz Məmmədov və Qəhrəman Yusupovun “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası və mərhələlərinə” həsr olunan çıxışları dinlənilib.  

Elmi seminar “İqtisadiyyatın Azərbaycan modeli”, “Gələcək inkişafın təməl prinsipləri”, “Özəlləşdirmə və torpaq islahatı”, “Uğurlu neft strategiyası”, “Regionların inkişafı və sosial rifah”, “Qələbəyə aparan yol” mövzularında müzakirə və çıxışlarla davam edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR