XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan futbol turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə  həsr olunan futbol turniri keçirilib

20 dekabr 2023

Baxış sayı: 916

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan mini futbol turnirinə yekun vurulub. 16 komandanın (Qartal, Tiqres, Red Devils, NewCastle, Fury, Alqoritim, Sierra, Knight, Team 807, Wolves, Qarabağ, Siberteam, Turan, Dinamo 807, Hellboys, Dortmund) iştirak etdiyi yarışın final oyununda “Sierra” və “Team 807” komandaları mübarizə aparıb. Turnirin qalibi Sosial iş tələbələrindən ibarət “Team 807” komandası olub.  

Sosial iş ixtisası üzrə IV kurs tələbəsi Namiq Abdullayev turnirin ən yaxşı futbolçusu adına layiq görülüb, Tarix ixtisası üzrə III kurs tələbəsi Rəvan Məmmədov isə turnirin ən yaxşı qapıçısı seçilib. Ən çox qol vuran oyunçu isə Sosial iş ixtisası üzrə IV kurs tələbəsi Süleyman Mirzəyev olub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR