XƏBƏRLƏR

Humanitar fənlər fakültəsində dekan seçkisi başa çatıb

Humanitar fənlər fakültəsində dekan seçkisi başa çatıb

30 mart 2018

Baxış sayı: 5599

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində dekan seçkiləri yekunlaşıb. Seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun keçirilib. Gizli səsvermənin nəticələrinə əsasən Səfər Məmmədov fakültənin dekanı vəzifəsinə seçilib.

Səfər müəllimi təbrik edir, inzibati və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Yazıçı – publisist Səfər Məmmədov filologiya elmləri namizədi, dosentdir. Bədii əsərlərini “Kəlbixanlı” təxəllüsü ilə yazır.

1989-cu ildə  M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (APRDƏİ - indiki Bakı Slavyan Universiteti) bitirib. Əmək fəaliyyətinə həmin il Cəlilabad rayonunun Alar kəndində müəllim olaraq başlayıb. 1989-1991-ci illərdə APRDƏİ-nin aspirantı olub. 1992-2001-ci illərdə bu ali təhsil müəssisəsində müəllim, 2001-2012-ci illərdə dekan müavini, 2012-2016-cı illərdə dekan vəzifələrində işləyib. 2016-cı ildən Azərbaycan Universitetində çalışır. 2016-2018-ci illərdə Humanitar fənlər fakültəsinin dekanı vəzifəsini icra edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2013-2014-cü il Prezident təqaüdçüsüdür. Sənsiz günlərim (1997), Son sığal (1999), Bəxtəvər ölüm (2012) adlı bədii – publisistik kitabların, 1 metodik vəsaitin (Творческий путь С.Есенина) müəllifi, 1 dərsliyin həmmüəllifidir (Русская литература ХХ века). Vladimir Nabokovun “Seçilmiş əsərləri”ni Azərbaycan dilinə tərcümə edib. Bu kitabda yazıçının “Lujin müdafiəsi”, “Obskur kamerası”, “Maşenka” romanları toplanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.03.2018

DİGƏR XƏBƏRLƏR