XƏBƏRLƏR

Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədovun kulis.az saytında hekayəsi dərc olunub

Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədovun kulis.az saytında hekayəsi dərc olunub

23 oktyabr 2017

Baxış sayı: 6147

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədovun kulis.az saytında “Son yolçuluq” adlı hekayəsi dərc olunub.

Hekayədə təsvir olunmuş hadisələr günümüzün reallığını özündə əks etdirir. Hekayənin qəhrəmanı kifayət qədər tanınmış gənc yazıçı keçirdiyi dərin psixloji sarsıntıya dözməyərək həyatına son qoyur.

Yazıçı – publisist Səfər Məmmədov filologiya elmləri namizədi, dosentdir. Bədii əsərlərini “Kəlbixanlı” təxəllüsü ilə yazır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2013-2014-cü il Prezident təqaüdçüsüdür. Sənsiz günlərim (1997), Son sığal (1999), Bəxtəvər ölüm (2012) adlı bədii – publisistik kitabların, 1 metodik vəsaitin (Творческий путь С.Есенина) müəllifi, 1 dərsliyin həmmüəllifidir (Русская литература ХХ века). Vladimir Nabokovun “Seçilmiş əsərləri”ni Azərbaycan dilinə tərcümə edib. Bu kitabda yazıçının “Lujin müdafiəsi”, “Obskur kamerası”, “Maşenka” romanları toplanıb.

Hekayəni aşağıdakı keçidə daxil olmaqla oxuya bilərsiniz.

http://kulis.lent.az/news/19855

İctimaiyyətlə əlaqələr şöbəsi
23.10.2017


DİGƏR XƏBƏRLƏR