XƏBƏRLƏR

İKT fakültəsində dekan seçkilərinin nəticələri açıqlanıb

İKT fakültəsində dekan seçkilərinin nəticələri açıqlanıb

02 aprel 2018

Baxış sayı: 6042

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsində dekan seçkilərinin nəticələri açıqlanıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun keçirilən seçkilərin nəticələrinə əsasən Asif Paşayev fakültənin dekanı vəzifəsinə seçilib.

Asif müəllimi təbrik edir, inzibati və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Asif Fərman oğlu Paşayev 1996-cı ildə Bakı Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə həmin il Milli Aviasiya Akademiyasında mühəndis-proqramçı olaraq başlayıb. 2006-cı ilə qədər laborant, elmi işçi, müəllim, Elmi-tədqiqat institutunda icra olunan “Babək”, “ACK-1”, “Təhlükəsizlik”, “Araz” və digər elmi tədqiqat, konstruktor layihələrində aparıcı proqramçı mütəxəssis vəzifələrində işləyib.

2012-ci ildən Azərbaycan Universitetində çalışır. 2012-2016-cı illərdə  Riyaziyyat və informatika kafedrasında baş müəllim olub. 2016-2018-ci illərdə İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı vəzifəsini icra edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.04.2018


DİGƏR XƏBƏRLƏR