XƏBƏRLƏR

Tələbələrimiz proqramlaşdırma müsabiqəsinin yarımfinalına vəsiqə qazanıb

Tələbələrimiz proqramlaşdırma müsabiqəsinin yarımfinalına vəsiqə qazanıb

14 noyabr 2019

Baxış sayı: 3099

Azərbaycan Universitetinin Fəhmin Zakirli, Əlizaman Həbibli və Amin Qafarovdan ibarət AU_2 komandası 29 noyabr-1 dekabr tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək 44-cü ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmək hüququ qazanıb. Tələbələrimiz bu uğura müsabiqənin ötən həftəsonunda keçirilən regional mərhələsi və Azərbaycan Birinciliyində əldə etdiyi nəticəyə əsasən nail olub və yarışın 3-cü dərəcəli diplomunu əldə edib. Komandanın rəhbəri İnformasiya-kommunikasiya fakültəsinin dekanı Asif Paşayevdir.  

Qeyd edək ki, “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XV Azərbaycan Birinciliyi) 18 ali təhsil müəssisəsindən 54 komanda və 3 məktəblilər komandası (müsabiqədən kənar) iştirak edib. Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.11.2019


DİGƏR XƏBƏRLƏR