XƏBƏRLƏR

İKT fakültəsinin dekanı Asif Paşayev AKTA-nın dəyirmi masa müzakirəsində çıxış edib

İKT fakültəsinin dekanı Asif Paşayev  AKTA-nın dəyirmi masa müzakirəsində çıxış edib

17 yanvar 2024

Baxış sayı: 1078

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Kibertəhlükəsizlik təhsili və əməkdaşlıq” adlı dəyirmi masa müzakirəsində məruzə ilə çıxış edib. Məruzə “İnformasiya təhlükəsizliyi ixtisasında tələbəyönümlü tədrisin təşkili: kiber klublar” mövzusuna həsr olunub. Dekan məruzəsində tələbəyönümlü təhsil anlayışı, tələbəyönümlü təhsil sisteminin ali təhsil müəssisələri və tələbələr üçün faydaları haqqında məlumat verib, tələbəyönümlü ali təhsil mühitinin təmin edilməsi istiqamətində praktiki təkliflərlə çıxış edib.

Tədbirin məqsədi ali təhsil müəssisələrində yaradılmış kiber klubların fəaliyyəti, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində təhsil,  universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə dair ali təhsil müəssisələrinin, AKTA üzvü olan şirkət və təşkilatların, müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa müzakirələrinin keçirilməsidir. 

16 ali təhsil müəssisəsinin təmsil olunduğu tədbirdə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda təsbit olunmuş hədəf və məqsədlər, eləcə də müvafiq sahə üzrə təhsilə dair müəyyən olunmuş tələblər iştirakçıların diqqətinə çatdırılıb. Ali təhsil müəssisələrində fəaliyyət göstərən kiberklubların səmərəliliyinin artırılması məqsədilə “Kiber klublar birliyinin” yaradılmasının və tərəfdaş xarici ölkələrin analoji birlikləri ilə əməkdaşlığının təmin olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin iştirakçılar tərəfindən informasiya texnologiyaları, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə təhsil prosesində əldə olunmuş nailiyyətlər, müvafiq sahədə təhsillin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə atılmalı addımlar, ehtiyaclar, kiberklubların fəaliyyəti ilə bağlı məsələlər səsləndirilib.

Müzakirə olunan məsələlərin aktuallığı və həllinin daha kompleks yanaşma tələb etməsi nəzərə alınaraq gələcəkdə bu cür görüşlərin sayının artırılması iştirakçılar tərəfindən məqsədəuyğun hesab olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR