XƏBƏRLƏR

İKT fakültəsinin tələbələri kriptoqrafiya təlimini başa vurub

İKT fakültəsinin tələbələri kriptoqrafiya təlimini başa vurub

19 iyun 2023

Baxış sayı: 781

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri Amin Ağayev, Ramin Babayev, Fatma Kəmərbəndi və Sitarə Hüseynova  informasiya təhlükəsizliyi və digər müvafiq ixtisaslar üzrə bakalavr təhsili alan tələbələr üçün kriptoqrafiya sahəsində təşkil olunan təlimi başa vurub. Təlim, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı, “Uniflybytes” və “İnterProbe” şirkətlərinin dəstəyi ilə xarici mütəxəssislər tərəfindən ingilis dilində təşkil olunub. İyunun 12-dən 16-dək davam edən təlimdə 14 ali təhsil müəssisəsindən 56 tələbə iştirak edib.  

Təlimin sonunda iştirakçılar arasında kriptoqrafiya sahəsi üzrə “CTF” yarışı həyata keçirilib. Tələbələr yarışda 4 nəfərlik komandalar şəklində 3 saat ərzində müxtəlif təcrübi tapşırıqları həll ediblər. 

Yarışın sonunda AKTA rəhbərliyi və dəvətli qonaqlar tərəfindən qaliblərə və təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR