XƏBƏRLƏR

İKT tələbələri “Milla Süd Zavodu”nda ekskursiyada olublar

İKT tələbələri “Milla Süd Zavodu”nda ekskursiyada olublar

19 dekabr 2022

Baxış sayı: 6046

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin İstehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə təhsil alan tələbələrinin “Milla Süd Zavodu”na ekskursiyası təşkil olunub. Tələbələrə Riyaziyyat və informatika kafedrasının müəllimi Azər Hüseynov rəhbərlik edib. 

Ekskursiyada iştirak edən tələbələrə öncə “Milla” markası haqqında məlumat verilib, həmçinin tələbələr təhlükəsizlik qaydaları haqqında təlimatla tanış olublar. Qeyd olunub ki, zavod 2011-ci ildə “Milla” markası ilə süd məhsulları bazarında fəaliyyətə başlayıb. Hazırda müəssisədə 9 kateqoriya üzrə məhsul istehsal olunur. Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmə gücünə malikdir. Zavodun istehsal etdiyi məhsullar təkcə daxili bazarda satılmır, Rusiya, Əfqanıstan,  Küveyt, Qətər, Gürcüstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri kimi bir çox ölkəyə ixrac olunur. 

Tələbələr daha sonra əyani olaraq xama , qatıq, pendir, ayran , yoqurt, kefir, dondurma istehsalı ilə tanış olub, müəssisə daxilində fəaliyyət göstərən keyfiyyət-nəzarət laboratoriyalarında istehsal olunan bütün məhsulların orta nümunələrinin keyfiyyət ekspertizasının aparılmasında iştirak ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR