XƏBƏRLƏR

İKT tələbələri “Startup-2023” müsabiqəsində III yerə layiq görülüb

Azərbaycan Universiteti və Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun birgə “Smart Kənd” komandası gənc tədqiqatçıların startup layihələri üzrə müsabiqəsində III yerə layiq görülüb. “Startup-2023” müsabiqəsi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində Milli Aerokosmik Agentliyi tərəfindən təşkil olunub. Müsabiqənin qaliblərinə diplomları agentliyin keçirdiyi “Azərbaycanda kosmik texnologiyalar və Heydər Əliyev dühası” adlı elmi konfransda təqdim olunub. 

“Smart Kənd” layihəsi beynəlxalq təcrübədəki ağıllı kənd infrastrukturunun tərkib hissələrini mərhələlərlə realizə etməkdir. Layihədə əkin sahələrinin, gülçülük, tərəvəzçilik təsərrüfatlarının, istixanalara xidmətin  avtomatik yaxud məsafədən göstərilməsi nəzərdə tutulub. Layihənin icrasında İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbələri Məhəmməd Behbudov (Kompüter mühəndisliyi, IV kurs), Nadir Məmmədov (Kompüter mühəndisliyi, II kurs), Sənan İsmayılov (Kompüter mühəndisliyi, II kurs), Eyvaz Bayramov (Kompüter mühəndisliyi, II kurs), Amil Qasımov (Kompüter mühəndisliyi, II kurs) və Elvin Mədinov (Kompüter mühəndisliyi, II kurs) iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR