XƏBƏRLƏR

İngilis dilində danışıq klubu fəaliyyətini bərpa edib

İngilis dilində danışıq klubu fəaliyyətini bərpa edib

28 sentyabr 2023

Baxış sayı: 601

Azərbaycan Universitetində Xarici Dillər kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış “Conversation Club” fəaliyyətini bu gündən başlayaraq bərpa edib. Yeni tədris ilinin ilk klubuna Mərakeşdən olan tələbə Lahgazi Cherif moderatorluq edib. Lahgazi Cherif marketinq ixtisası üzrə I kurs tələbəsidir. 

Danışıq klubunda universitetin müxtəlif ixtisas və kurslarında təhsil alan tələbələr iştirak ediblər. “Mədəniyyət” (Culture) mövzusunda təşkil olunan danışıq klubunda müzakirələr aparılıb və müxtəlif oyunlar təşkil olunub.

Tədbirdə Xarici dillər kafedrasının müdiri Aygün Qasımova və Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva da iştirak edib.

Klubun əsas məqsədi  tələbələrin ingilis dili biliklərinin möhkəmləndirilməsi, praktiki danışıq məşğələləri vasitəsilə ingilis dilində ünsiyyət vərdişlərinin təkmilləşdirilməsidir.

Danışıq klubu tələbələrin dərs qrafikinə uyğun olaraq həftənin müxtəlif gün və saatlarında təşkil olunacaq. Qrafiklə tanış olmaq istəyən tələbələr Xarici dillər kafedrasına müraciət edə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR