XƏBƏRLƏR

İngilis dilinin tədrisinin təkmilləşdirilməsi ilə bağlı təlimlər davam edir

İngilis dilinin tədrisinin  təkmilləşdirilməsi ilə bağlı təlimlər davam edir

14 mart 2024

Baxış sayı: 919

Xarici dillər kafedrası tərəfindən dərslərin məzmununun yenilənməsi, ingilis dilinin tədrisində müasir beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiq edilməsi məqsədilə təşkil olunan təlimlər davam edir. Növbəti belə təlim “Dinləmə” (Listening) dərslərinin təkmilləşdirilməsinə həsr olunub. Təlimin əsas məqsədi “Dinləmə” (Listening) dərslərinin daha səmərəli və faydalı olmasını təmin edən yeni metod və üsulları nümayiş etdirmək, o cümlədən bu üsul və metodları dərslərdə tətbiq etməklə tələbələrin dinləmə bacarıqlarını inkişaf etdirməkdir.

Kafedranın müəllimi  Səbahət Hacıyevanın apardığı təlimdə “Dinləmə” (Listening) dərslərində istifadə edilən fərqli dil səviyyələri üçün nəzərdə tutulan maraqlı və əyləncəli tapşırıq nümunələri nümayiş etdirilib. Nümayişin ardından kafedranın əməkdaşları hər nümunə haqqında öz fikirlərini bildirib, tövsiyələrini veriblər.

Növbəti təlimin “Writing” (Yazı) dərsləri ilə əlaqədar olması nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR