XƏBƏRLƏR

Təlim və Tədris Mərkəzi inklüziv təhsil mövzusunda vebinar təşkil edib

Təlim və Tədris Mərkəzi inklüziv təhsil mövzusunda vebinar təşkil edib

12 noyabr 2020

Baxış sayı: 3480

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzi tərəfindən yeni tədris ilinin ilk vebinarı keçirilib. “İnklüziv təhsil: əsas anlayışlar və təcrübə” mövzusuna həsr olunmuş vebinarı inklüziv təhsil üzrə ekspert Nigar Nəsrullayeva aparıb.

Vebinar inklüziv təhsil anlayışı, inkluziv təhsil sistemi və vacibliyi,  inklüziv təhsil siyasəti, Azərbaycanda bu sahədə görülmüş işlər və əldə olunmuş təcrübə, Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Qanunun ratifikasiyası, xüsusi təhsil ehtiyaclarına tibbi yanaşma ilə bağlı çətinliklər, əlilliyi olan uşaqların təhsilə cəlb olunması kimi mövzuları əhatə edib.

Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, kafedranın müəllimləri Aysel Qasımova və Aynur Bünyatova inklüziv təhsilin təşkili,  ölkəmizdə bu sahədə görülən işlər və əldə olunan irəliləyişlər haqqında məlumat verib, təcrübələrini bölüşüblər.

Əsasən sosial iş ixtisası üzrə magistratura tələbələrinin iştirak etdiyi vebinar nəzəri hissənin ardından müzakirələrlə davam edib. Sonda Nigar Nəsrullayeva tələbələrin suallarını cavablandırıb, inklüziv təhsil təcrübəsinin müxtəlif məqamlarına aydınlıq gətirib.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.11.2020

DİGƏR XƏBƏRLƏR