XƏBƏRLƏR
Azərbaycan Universitetində internetin karbon emissiyasının azaldılmasına dair master-klass keçirilib
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Bu böyük hadisə çərçivəsində Azərbaycan Universitetində il ərzində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.
Belə tədbirlərdən biri Beynəlxalq əlaqələr şöbəsinin təşəbbüsü ilə “Greenie Web” startapı tərəfindən universitetin professor-müəllim və inzibati heyəti üçün keçirilib. “Rəqəmsal davamlılıq: internetin karbon emissiyasını necə azaltmaq olar” (Digital Sustainability 101 - how to reduce carbon emissions of the internet) mövzusuna həsr olunan sertifikatlı və ödənişsiz master-klass hibdrid formada təşkil olunub.
Masterklassda CO2-nin tullantılarının və karbon emissiyalarının azaldılmasının əhəmiyyəti, karbon ayaq izi anlayışı və onun ölçülməsi, karbon ayaq izini azaltmağa imkan verən fəaliyyətlər haqqında məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Greenie Web” şirkətlərə texnologiya vasitəsilə yaşıllaşmağa imkan verən “Climate Tech” startapıdır. Master-klassın növbəti günlərdə tələbələr üçün də təşkil olunması nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi