XƏBƏRLƏR

“İpək yolu” jurnalının yeni nömrəsi universitetin saytında yerləşdirilib

“İpək yolu” jurnalının yeni nömrəsi universitetin saytında yerləşdirilib

09 aprel 2020

Baxış sayı: 3316

Azərbaycan Universitetinin “İpək yolu” elmi məqalələr jurnalının 2020-ci il üçün birinci nömrəsi elektron versiyada universitetin saytında (www.au.edu.az) yerləşdirilib.

Jurnalın bu nömrəsinə iqtisad, filologiya, tarix və sosial elmlərə aid Azərbaycan, ingilis və rus dillərində məqalələr qəbul olunub.

Ciddi rəyləşdirilmiş elmi məqalələri dərc edən “İpək Yolu” jurnalının arxivini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri  ipek.yolu@au.edu.az  elektron ünvanına göndərə bilərlər.

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxildir.

Bundan başqa jurnal E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

2020-ci il üçün birinci nömrəyə keçid
/az/menu/484/ipekyolu-elmi-jurnali-01-2020

Jurnalın səhifəsinə keçid
http://www.au.edu.az/az/menu/154/ipekyolu-jurnali-haqqinda

İctimaiyyətlə əlaqələr şöbəsi
09.04.2020


DİGƏR XƏBƏRLƏR