XƏBƏRLƏR

Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalı “Index Copernicus” bazasında qeydiyyata alınıb

Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalı “Index Copernicus” bazasında qeydiyyata alınıb

25 oktyabr 2022

Baxış sayı: 7610

“Index Copernicus” bazasından Azərbaycan Universitetinin  Elm şöbəsinə daxil olan rəsmi məktubda bildirilir ki, “İpək yolu” elmi jurnalı qeyd olunan bazada indekslənmək üçün qəbul edilib.  

Qeyd edək ki, “Index Copernicus” bazası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyası tərəfindən filologiya ixtisası üzrə dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri siyahısına daxildir.  

Bununla əlaqədar redaktorları, redaksiya heyətinin üzvlərini, rəyçiləri, müəllifləri təbrik edir, bu ciddi uğurun əldə edilməsində onların rolunu və töhfələrini yüksək qiymətləndiririk. 

İnanırıq ki, “İpək Yolu” jurnalının bu bazada indekslənməsi jurnalın müəllif cografiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək və bu da öz növbəsində onun elmi səviyyəsinin daha da yüksəməsinə töhfə verəcəkdir.  

https://journals.indexcopernicus.com/search/details?id=123261&lang=pl

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR