XƏBƏRLƏR

“İpək yolu” jurnalının yeni nömrəsi ümummilli lider Heydər Əliyevə həsr olunub

“İpək yolu” jurnalının yeni nömrəsi ümummilli lider Heydər Əliyevə həsr olunub

15 mart 2023

Baxış sayı: 983

Azərbaycan Universitetinin “İpək yolu”elmi jurnalının 2023-cü il üçün birinci nömrəsi universitetin saytında (www.au.edu.az) yerləşdirilib. Ümummilli lider Heydər Əliyevə həsr olunan bu nömrədə İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin “Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları haqqında” və Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Aynur Həsənovanın “Milli ədəbiyyatımızın böyük hamisi Heydər Əliyev” məqalələri dərc olunub. “İpək yolu” jurnalının bu nömrəsinə iqtisad və  filologiya elmlərinə aid Azərbaycan və ingilis dillərində məqalələr qəbul olunub.

Ciddi rəyləşdirilmiş elmi məqalələri dərc edən “İpək Yolu” jurnalının arxivini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri  ipek.yolu@au.edu.az  elektron ünvanına göndərə bilərlər.

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxildir. 2022-ci ildən “Index Copernicus” bazasında qeydiyyata alınan  jurnal,  E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

2023-cü il üçün birinci nömrəyə keçid

https://au.edu.az/az/publications/ipek_yolu_archive_1_2023 

Jurnalın səhifəsinə keçid

https://au.edu.az/en/publications/ipekyolu-jurnaliİ

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR