XƏBƏRLƏR

İqtisadçı - ekspert Vüqar Bayramov tələbələrlə görüşüb

İqtisadçı - ekspert Vüqar Bayramov tələbələrlə görüşüb

20 dekabr 2016

Baxış sayı: 5403

Bu gün Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsində tanınmış iqtisadçı – ekspert Vüqar Bayramov ilə görüş olub. Tədbirdə iştirakçıların iqtisadiyyatın güncəl mövzularına dair sualları cavablandırılıb.

Tədbiri Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vüsal Həsənov açıb. Dekan qonağı təqdim edib və tədbirin gedişatı haqqında iştirakçıları məlumatlandırıb.

İqtisadçı - ekspert Vüqar Bayramov Azərbaycan Universitetinin tələbələri ilə görüşdən məmnunluq duyduğunu ifadə edib. Ekspert bildirib ki, Azərbaycan Universiteti yarandığı gündən təhsildə şəffaflıq prinsipi ilə fəaliyyət göstərir və özünəməxsus ənənələri ilə ölkənin təhsil məkanında xüsusi çəkiyə malıkdır.

Vüqar Bayramov daha sonra iqtisadi nəzəriyyə və təlimləri güncəl problemlərlə əlaqələndirərək tələbələr üçün xülasə edib. Qonaq nəzəriyyərlərin maraqlı aspektlərini də diqqətə çatdırıb.

Görüşün sual – cavab hissəsində isə iştirakçıların Azərbaycan manatının ABŞ dolları qarşısında ucuzlaşması və 2017-ci ilə dair gözləntilər, inflyasiya – işsizlik münasibətləri, devalvasiya, liberal məzənnə, bankların kredit siyasəti, denominasiya, milli iqtisadiyyatın strateji yol xəritəsi və s. mövzular haqqında sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
20.12.2017

DİGƏR XƏBƏRLƏR