XƏBƏRLƏR

İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Xorvatiyaya ezam olunub

İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Elvin Kərimov “Erasmus+ Staff Mobility” mübadilə proqramı çərçivəsində Xorvatiyanın Dubrovnik Universitetinə ezam olunub. Bu ali məktəbin tədris prosesində iştirak edən Elvin Kərimov Erasmus tələbələrinə “Tropicana's packaging redesign failure” mövzusunda mühazirə oxuyub. 

Müəllimimiz səfər çərçivəsində universitetin İctimaiyyətlə əlaqələr şöbəsini də ziyarət edib. Səmimi şəraitdə keçən görüşdə iki universitet arasındakı münasibətlər, universitetlərin marketinq fəaliyyətləri, Azərbaycan və Xorvatiya arasındakı mədəni əlaqələr və fərqlər, marketinq fəaliyyətlərində sosial mediadan istifadə və bu kimi məsələlər müzakirə olunub. 

Elvin Kərimov Dubrovnik Universitetinin tələbələri üçün Azərbaycan haqqında təqdimat da edib.

Qeyd edək ki, “Erasmus+” mübadilə proqramı tərəfdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Tələbələr proqram çərçivəsində xarici ölkələrdə təhsil almaqla ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə, gələcək iş həyatı üçün bir sıra vacib bacarıqlara yiyələnə bilərlər. Proqram həmçinin professor-müəllim heyətinin xarici ölkələrin ali təhsil müəssisələrində tədris prosesində qısamüddətli iştirakını təmin edir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR