XƏBƏRLƏR

JOY təşkilatı Azərbaycan Universitetində təlim keçirib

JOY təşkilatı Azərbaycan Universitetində təlim keçirib

21 noyabr 2022

Baxış sayı: 7353

Azərbaycan Universitetində “Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasında beynəlxalq yanaşma metodları” mövzusunda təlim keçirilib. Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin iştirak etdiyi təlimi “Joy” Uşaq İnkişafı Mərkəzinin direktoru, uşaq inkişafı üzrə mütəxəssis Lalə Kara və mərkəzin psixoloqu, uşaq inkişafı üzrə mütəxəssis Lalə Vəliyeva aparıb.

Təlim aktiv öyrənmə, uşaqlarda nitq inkişafı, şəkillər və simvollar olmaqla üç hissədən ibarət olub. Birinci hissə aktiv öyrənmə nəzəriyyəsi, aktiv öyrənmənin prinsipləri və istifadə olunan avadanlıqlar kimi mövzuları əhatə edib. İkinci hissədə tələbələrə Norveçdə bütün məktəbəqədər müəssisələrdə tətbiq olunan TRAS nitq proqramı haqqında, üçüncü hissədə isə alternativ nitq vasitələri haqqında məlumat verilib. 

Qeyd edək ki, 2005-ci ildə Norveçdə yaradılan JOY təşkilatı uşaq inkişafı və uşaq müdafiəsi sahəsində fəaliyyət göstərən könüllüləri özündə birləşdirir. Aktiv öyrənmə metodundan istifadə edən təşkilatın əsas məqsədi yaşından və bacarığından asılı olmayaraq bütün uşaqlara müstəqil, məsuliyyətli və təhsilli olmaları üçün tam öyrənmə mühiti yaratmaqdan ibarətdir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR