XƏBƏRLƏR

Kamil Cəbiyevin həmmüəllifi olduğu “Unreal Engine 4” adlı dərslik çap olunub

Kamil Cəbiyevin həmmüəllifi olduğu  “Unreal Engine 4” adlı dərslik çap olunub

27 fevral 2024

Baxış sayı: 540

Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının müəllimi Kamil Cəbiyevin həmmüəllifi olduğu “Unreal Engine-4” adlı dərslik çapdan çıxıb. İnformasiya texnologiyaları sahəsində təhsil alan bakalavriat və magistratura tələbələri üçün nəzərdə tutulan dərslik “C++” bazalı “Unreal Engine 4” oyun proqramlaşdırma dilindən bəhs edir. Kitabın əsas məqsədi “C++” proqramlaşdırma dilində 3D oyunlarının hazırlanması üçün bələdçi olmaqdır.

Kitabda  3D oyunlarının əsasını təşkil edən “Unreal Engine”  haqqında ətraflı məlumat verilir, “Unreal Engine 4” oyun mühərrikinin başlanğıc səviyyəsindən yüksək səviyyəyə qədər bütün mövzular aydın şəkildə izah olunur. Kitabın interaktivliyinin təmin edilməsi məqsədilə hər mövzunun QR kodu verilib.

Dərslik “Unreal Engine” haqqında yazılmış Azərbaycan dilində ilk və tək kitabdır. Bununla belə, proqramlaşdırma sahəsinin özəlliyi nəzərə alınaraq bəzi terminlər ingilis dilində istifadə olunmuşdur.

Kitabın digər müəllifləri Mehman Şəfiyev və Fərid Əmrahlıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR