XƏBƏRLƏR

Karyera İnkişaf Mərkəzinin mütəxəssisi idarə heyətinə üzv seçilib

Karyera İnkişaf Mərkəzinin mütəxəssisi idarə heyətinə üzv seçilib

15 mart 2021

Baxış sayı: 2533

Azərbaycan Universiteti Karyera İnkişaf Mərkəzinin mütəxəssisi Fəxrəddin Abdullayev Karyera Mərkəzləri Şurasının İdarə Heyətinə üzv seçilib.  

Azərbaycan Respublikası Karyera Mərkəzləri Şurasının İdarə Heyətinə seçkilərlə əlaqədar Dövlət Məşğulluq Agentliliyinin iclasında qurumun peşə hazırlığı və peşə yönümü departameninin baş mütəxəssisi Lalə Rəsulova Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib. Çıxışın ardından namizədləri öz platformaları haqqında məlumat veriblər. Daha sonra seçki prosesinə start verilib. Səsvermə prosesi tam məxfi şəkildə siyahıdan 5 namizədin işarələnməsi ilə seçicilər tərəfindən həyata keçirilib.  Seçkidə iştirak edən namizədlərə hər Karyera Mərkəzinin 1 səsvermə hüququ olub. Ən çox səs toplayan 6 namizəd idarə heyətinə üzv seçilib. Seçki nəticəsində idarə heyətinin tərkibi aşağıdakı kimi formalaşıb:

1. Təranə Aslanova – ADA Universiteti
2. Aidə Bayramova – Azərbaycan Turizm və Menecment Universiteti 
3. Fəxrəddin Abdullayev – Azərbaycan Universiteti 
4. Əmirxan İsayev – Sumqayıt Dövlət Universiteti
5. Emil Aslanlı – Bakı Ali Neft Məktəbi
6. İlkin Şərifov – Bakı Dövlət Universiteti
7. Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi
8. Təhsil Nazirliyinin nümayəndəsi

Əməkdaşımızı təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.  

İctimaiyyətlə əlaqələr şöbəsi
15.03.2021

DİGƏR XƏBƏRLƏR