XƏBƏRLƏR

Karyera Mərkəzi RYLA proqramı haqqında məlumatlandırma sessiyası keçirib

Karyera Mərkəzi RYLA proqramı haqqında məlumatlandırma sessiyası keçirib

24 fevral 2023

Baxış sayı: 8918

Azərbaycan Universitetinin Karyera Mərkəzi tərəfindən tələbələr üçün yaz semestrinin ilk məlumatlandırma sessiyası təşkil olunub. Tədbirdə universitetin karyera üzrə mütəxəssisi Renata Nurullayeva tələbələrə Rotary klubları tərəfindən keçirilən “Rotary yeni liderlər axtarır” (Rotary Youth Leadership Awards - RYLA) proqramına qeydiyyat haqqında məlumat verib. 

Karyera mütəxəssisi bildirib ki, proqramda iştirak etmək istəyən tələbələr bu gündən etibarən açıq olan keçidə daxil olaraq ərizə formasını doldura bilərlər. Qeydiyyat 3 mart tarixinə qədər aktiv olacaq. Proqrama yalnız 18-22 yaş arası gənclər müraciət edə bilərlər. Liderlik proqramına qəbul ediləcək 30 gəncin seçimi müsahibə yoluyla aparılacaq. Proqramda iştirak edən gənclərin bütün xərcləri qarşılanır.  

RYLA proqramı “Liderliyin əsasları”, “Liderlik etikası”, “Efektli liderlikdə ünsiyyət bacarıqlarının vacibliyi”, “Problemlərin həlli və münaqişələrin idarə olunması”, “Rotarynin məqsədi və cəmiyyətə xidmət”, “Özünə güvən və özünə hörmət yaratma”, “Cəmiyyətin və qlobal vətəndaşlığın elementləri” mövzularını əhatə edir. 

Tədbirdə qeyd olunub ki, RYLA dünya Rotary klubları tərəfindən təşkil edilən liderlik proqramıdır. Proqram, Azərbaycanda 2015-ci ildən fəaliyyət göstərir. Hər il minlərlə gəncin qoşulduğu layihə bu il 14-17 aprel 2023-cü  il tarixlərində keçiriləcək. 

Proqramda iştirak etmək istəyən tələbələrimiz aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

https://ryla.az/

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR