XƏBƏRLƏR

“Könüllü” Tələbə Təqaüd Proqramının qaliblərinə təqaüd kartları təqdim olunub

“Könüllü” Tələbə Təqaüd Proqramının qaliblərinə təqaüd kartları təqdim olunub

08 fevral 2018

Baxış sayı: 4353

“Könüllü” Tələbə Təqaüd proqramının bağlanış mərasimi keçirilib. YARAT Müasir İncəsənət Məkanında keçirilən mərasimdə proqramın qaliblərinə təqaüd kartları  təqdim olunub.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və digər rəsmilər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, “Könüllü” Tələbə təqaüd proqramı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramın 5.7.5-ci bəndinə müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviqi və ictimai dəstəyin ifadə edilməsi məqsədi ilə 20 oktyabr 2017-ci il tarixində elan edilib.

“Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi Azərbaycan Universitetinin məzunu, dosent Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının rəyi ilə nəşr edilən “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına, müəllifin şəxsi və könüllü təşəbbüsü ilə formalaşıb. Təqaüd fondunun ümumi miqdarı 3000 manat təşkil edir.

Azərbaycan Universitetinin, ASAN Könüllüləri Təşkilatının, “Azərbaycan Universitetləri” təhsil-facebook səhifəsinin təşəbbüsü və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə Könüllü Proqramının dəstəyi ilə ali məktəblərdə təhsil alan könüllü tələbələrin ideya və təşəbbüslərinin dəstəklənməsi məqsədi ilə keçirilən müsabiqəyə 15 yanvar 2017-ci il tarixinədək 58 müraciət daxil olub.

Müraciətlər müvafiq olaraq yaradılan komissiya tərəfindən dəyərləndirilərək 2 tələbə könüllünün hər birinə 500 manat məbləğində birdəfəlik təqaüd verilməsi qərara alınıb. Bununla yanaşı, tələbələrin mütəmadi olaraq ideyalarını təkmilləşdirməsi və könüllüllük fəaliyyətinə stimullaşdırılmasına dəstək məqsədi ilə 20 tələbə-könüllünün hər birinə 100 manat birdəfəlik pul mükafatı ayrılmasına qərar verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.02.2018


DİGƏR XƏBƏRLƏR