XƏBƏRLƏR

“Könüllü” Tələbə Təqaüd Proqramına müraciətlərin müddəti uzadıldı

“Könüllü” Tələbə Təqaüd Proqramına müraciətlərin müddəti uzadıldı

24 noyabr 2017

Baxış sayı: 4088

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramın 5.7.5-ci bəndinə müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstəyin ifadə edilməsi məqsədi ilə  Azərbaycan Universiteti, ASAN Könüllüləri Təşkilatı və “Azərbaycan Universitetləri” təhsil-facebook səhifəsinin təşəbbüsü ilə ali məktəb tələbələrinin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi məqsədi ilə elan olunmuş “Könüllü” Tələbə Təqaüd Proqramına müraciətlərin qəbulu müddəti uzadılıb.

Qəbulun müddətinin uzadılmasına çoxsaylı təkliflər səbəb olub. Bu təklifləri nəzərə alaraq və tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin müsabiqəyə cəlbinin təşviq edilməsi məqsədi ilə təqaüd proqramına müraciətlər 15 yanvar 2017-ci il tarixi saat 18:00-dək qəbul ediləcək. Təqaüdə layiq görülən tələbələr isə 2 fevral Gənclər günü münasibəti ilə elan olunacaqdır.

“Könüllü” Tələbə Təqaüd Proqramına ixtisasından asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin Azərbaycan Respublikasının vətəndaşı olan tələbələri müraciət edə bilər. Sosial şəbəkə istifadəçilərinin rəyləri nəzərə alınaraq təqaüd proqramına müraciət üçün ixtisas məhdudiyyəti qoyulmayıb.

 “Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi dosent Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının qərarı ilə nəşr edilən “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına, müəllif tərəfindən tələbələrin təhsil imkanlarının artırılması və mütərəqqi ideyalarının dəstəklənməsi üçün könüllü olaraq təqdim olunur.

Kitabı “Azərkitab”, “Ali&Nino”, “Kitabevim.az” kitab satış mağazalarından əldə etmək mümkündür.

Ətraflı məlumat və təqaüd proqramına müraciət üçün keçid: https://goo.gl/JsBgxg

 

İctimaiyyətlə əlaqələr şöbəsi
24.11.2017

DİGƏR XƏBƏRLƏR