XƏBƏRLƏR

Kulturoloq Fuad Məmmədov Azərbaycan Universitetində mühazirə oxuyub

Kulturoloq Fuad Məmmədov Azərbaycan Universitetində mühazirə oxuyub

05 oktyabr 2017

Baxış sayı: 7407

Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Azərbaycan Universitetində mühazirə oxuyub. Tədbir fərdi inkişaf proqramı tərkibində həyata keçirilən “Master-klass mühazirələri” çərçivəsində keçirilib.

İnteraktiv mühazirə kulturologiya elminin əsas anlayışlarına həsr olunub. Mühazirədə mədəniyyət, mədəniyyətin aparıcı istiqamətləri,  intellektual və əqli mədəniyyət, mənəvi mədəniyyət, mədəni inkişafın əsas amilləri və qanunauyğunluqları kimi anlayışlara aydınlıq gətirilib, mədəniyyət və sivilizasiya fenomenlərinin fərqi izah olunub, mədəni inkişafda sosial mühitin oynadığı rola diqqət çəkilib.

Tədbirdə insanın dəyərləndirilməsinin meyarları haqqında maraqlı müzakirələr də aparılıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi
05.10.2017


DİGƏR XƏBƏRLƏR