XƏBƏRLƏR

“Leykemiya ilə Mübarizə” İctimai Birliyi Azərbaycan Universitetinin tələbələri üçün maarifləndirmə tədbiri keçirib

Azərbaycan Universitetində tələbələr üçün “Leykemiya ilə mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə “Ümid etmə, ümidli ol” adlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə ictimai birliyin nümayəndəsi Rəşad Cəlil iştirakçılara birliyin fəaliyyət istiqamətləri, leykemiya xəstəliyi, qorunma və mübarizə yolları, könüllü qrupların fəaliyyəti haqqında məlumat verib. 

Daha sonra birliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, birliyə üzv olacaq könüllülərin əldə edəcəyi imkanlardan söz açılıb, birliyin üzvü olan könüllülərin çıxışları dinlənilib.

Sonda tədbirin təşkil olunmasında göstərilən dəstəyə görə rektor Səadət Əliyeva adına xüsusi təşəkkürnamə Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyevaya təqdim edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR