XƏBƏRLƏR

Magistrantlarımız Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təlim keçib

Magistrantlarımız Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təlim keçib

12 noyabr 2019

Baxış sayı: 3762

Azərbaycan Universitetinin magistrantları şagirdlərə gender bərabərliyinin təmin olunmasına həsr olunmuş maarifləndirici təlim keçiblər. Təlim Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX, X və XI sinif şagirdləri üçün təşkil olunub. “Gənclərin insan hüquqları və gender bərabərliyi”  mövzusundakı təlimi Sosial işin təşkili  kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya klub”un təlimçiləri  və “Həyat fəaliyyətinin bütün sahələrində Sosial iş” ixtisasında təhsil alan magistrantları  Kəmalə Abbasova və Günəş Şirvanzadə aparıb.

Təlim təhsil hüququ, istirahət hüququ, konstitusiyamızda gender məsələləri, insan alveri, istismar və onun formaları, məişət zorakılığı, gender bərabərliyi, erkən nikahlar, qızların təhsilində gender əsaslı ayrıseçkilik, əlilliyi olan gənc qadınların məşğulluq problemləri kimi mövzuları əhatə edib.

Təlimdə bu istiqamətlərdə müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.11.2019

DİGƏR XƏBƏRLƏR