XƏBƏRLƏR

Magistratura tələbələrinin elmi-pedaqoji təcrübəsi davam edir

Magistratura tələbələrinin elmi-pedaqoji təcrübəsi davam edir

03 mart 2022

Baxış sayı: 1405

Azərbaycan Universitetinin magistratura pilləsində təhsil alan II kurs tələbələrinin elmi-pedoqoji təcrübəsi davam edir. Təcrübə müddətində tələbələr Azərbaycan Universitetində pedaqoji fəaliyyətin forma və metodlarını öyrənir, kafedra və fakültələrin fəaliyyəti,  iş prinsipləri ilə tanış olur, dərs dinləmələrində iştirak edir və dərs keçir, ixtisaslarının pedaqoji tərəfini təcrübədə tətbiq edirlər.

Qeyd edək ki, magistratura tələbələrinin elmi-pedaqoji təcrübəsi 16 mart 2022-ci il tarixində başa çatacaq. Elmi-pedaqoji təcrübənin məqsədi pedaqogikanın təcrübi əsaslarının mənimsənilməsi və vərdişlərin əldə edilməsi, elmi-metodik materialların tərtib olunma metodikasının mənimsənilməsi, təcrübəli müəllimlərin apardığı mühazirələrdə, laboratoriya məşğələlərində və seminarlarda iştirak olunması, bakalavriat tələbələri üçün sınaq dərslərinin keçirilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.03.2022

DİGƏR XƏBƏRLƏR