XƏBƏRLƏR

Magistratura tələbələri qafqazinfo.az portalının redaksiyasında dərs keçiblər

Magistratura tələbələri  qafqazinfo.az portalının redaksiyasında dərs keçiblər

01 dekabr 2022

Baxış sayı: 7091

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, dosent Samirə Məmmədova magistratura pilləsinin Dilşünaslıq (ingilis dili) ixtisasında tədris etdiyi  “Mass medianın üslubu” fənninin növbəti mühazirəsini “Qafqazinfo.az” xəbər portalının redaksiyasında keçib. Dərs, auditoriyadankənar dərslər qrafikinə uyğun olaraq təşkil olunub. 

Portalın baş direktoru Elbrus Ərud, saytın redaktoru Emin Səfərov kafedra müdiri və tələbələrimizi səmimi şəkildə qarşılyıb, dəyirmi masa ətrafında söhbətə dəvət ediblər. Elbrus Ərud tələbələrə rəhbərlik etdiyi xəbər portalının fəaliyyətə başlaması, inkişaf dövrləri, redaksiyanın gündəlik iş rejimi, iş prinsipləri, gündəlik səhər toplantıları, müxbirlər arasında iş bölgüsü, xəbərlərin hazırlanması və redaktə olunması,  xarici mətbuatdan xəbərlərin tərcümə olunması, sayta yerləşdirilməsi kimi məsələlər haqqında məlumat verib. Ərud, çıxışında əsas diqqəti xəbərlərin üslubuna yönəldib və nümunələrlə izah edib, həmçinin jurnalist fəaliyyətində etik normaların və jurnalist məsuliyyətinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.  

Daha sonra redaktor Emin Səfərov tələbələrin mövzu haqqında suallarını cavablandırıb və universitetin təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib. 

Tələbələr görüşdən xoş təəssürat və böyük məmnunluqla ayrılıblar. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR