XƏBƏRLƏR

Maliyyə və mühasibat kafedrasının müəllimi Qəhrəman Yusupov ictimai müzakirədə iştirak edib

Maliyyə və mühasibat kafedrasının müəllimi Qəhrəman Yusupov ictimai müzakirədə iştirak edib

11 avqust 2023

Baxış sayı: 700

Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.7. və 7.1.8.-ci bəndlərinin müzakirəsi və təkliflərin hazırlanmasına dair görüş keçirilib. Kənd təsərrüfatı məhsullarının istehsalı problemləri ilə bağlı layihələr həyata keçirən ictimai birliklərin nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycan Universitetinin Maliyyə və mühasibat kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru  Qəhrəman Yusupov da iştirak edib. 

Görüşdə “Ölkədə kənd təsərrüfatı sahəsində islahatların həyata keçirilməsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və Dövlət Proqramının aidiyyəti bəndlərinə təkliflər” mövzusunda  iştirakçılara geniş məlumat verilib, mövzu ilə bağlı suallar cavablandırılıb. Qəhrəman Yusupov tədbirdə fermerlərin təcrübə mübadiləsi məqsədilə işgüzar səfərlərinin daha səmərəli təşkili üçün təkliflə çıxış edib. 

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib.

Qeyd edək ki, Qəhrəman Yusupov “Kənd yaşıl turizminin inkişafına dəstək” ictimai birliyinin rəhbəridir. O, kənd ərazilərində yerli sakinlər arasında məşğulluğun artırılması mövzusunda layihələr həyata keçirir.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR