XƏBƏRLƏR
Mediasiya Şurasının təşkilatçılığı ilə Azərbaycan Universitetində görüş keçirilib
Mediasiya Şurasının təşkilatçılığı ilə Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Tədbirdə Mediasiya Şurasını Bakı şəhəri üzrə 15 saylı mediasiya təşkilatı təmsil edib.
Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova açıb. Kafedra müdiri tələbələrə ölkəmizdə aparılan mediasiya islahatları və Mediasiya Şurasının yaradılması haqqında məlumat verib.
Ardınca Bakı 15 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru Qasım Şaliyev “İşgüzar mühitdə konfliktlər: alternativ metodlar və modellər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə mübahisə nədir?, işgüzar mühitdə konflikt yaradan və artıran amillər, mübahisələrin həlli yollarının alternativliyi barədə ətraflı məlumat verilib, mediatorun vəzifələri və mediasiyanın əhəmiyyəti tələbələrin diqqətinə çatdırıb.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi