XƏBƏRLƏR

Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş “Oxuma günü”

Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş  “Oxuma günü”

03 yanvar 2018

Baxış sayı: 5613

Azərbaycan Universitetinin elmi kitabxanasının təşəbbüsü ilə XVI əsr Azərbaycan ədəbiyyatının böyük mütəfəkkiri Məhəmməd Füzulinin ədəbi yaradıcılığına həsr olunmuş “Oxuma günü” təşkil olunub.

“Oxuma günü”ndə Humanitar fənlər fakültəsinin filologiya ixtisası üzrə təhsil alan II kurs tələbəsi Səkinə Hüseynova Füzulinin həyat və yaradıcılığı haqqında ümumi məlumat verib. Qeyd olunub ki, Məhəmməd Füzuli Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri kimi tanınır.

Könül İsayeva, Fəranə Mikayılova isə oxuduqları elmi mənbələr əsasında şairin əsərlərindəki  irfani-təsəvvüfi görüşləri haqqında əldə etdikləri məlumatları tələbə yoldaşları ilə bölüşüb.

Kitabxana işçiləri tərəfindən isə tələbələrə şairin elmi kitabxananın fondunda yer alan əsərləri haqqında məlumat verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi 
04.01.2017 

DİGƏR XƏBƏRLƏR