XƏBƏRLƏR

“Mən öz gələcəyimi seçirəm” mövzusunda tədbir keçirilib

“Mən öz gələcəyimi seçirəm” mövzusunda tədbir keçirilib

29 iyun 2022

Baxış sayı: 1441

Azərbaycan Universiteti Sosial işin təşkili və Xarici dillər kafedralarının birgə təşkilatçılığı ilə “Mən öz gələcəyimi seçirəm” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva açıb. Tünzalə Verdiyeva qeyd edib ki, tədbir Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə həyata keçirilib.

Tədbirdə “Ümid yeri” Reabilitasiya Mərkəzinin rəhbəri Yelmar Quliyev mərkəzin fəaliyyəti haqqında, “Ümid yeri” Reabilitasiya Mərkəzinin asılılıq psixoloqu Zaur Əliyev “12 Addım” proqramı haqqında, Demet Bozok Psixoloji Mərkəzin rəhbəri, klinik psixoloq Demet Bozok rəhbərlik etdiyi mərkəzdə göstərilən psixoloji dəstək haqqında məruzə ediblər.

Həkim, klinik sosial işçi Könül Əfəndiyeva, Sosial işin təşkili kafedrasının müəllimi Firuzə Hüseynova, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, Gənclərlə iş ixtisası üzrə magistratura II kurs tələbəsi Şalan Novruzov, Sosial iş ixtisası üzrə III kurs tələbəsi, “Empatiya klub”un sədri Məhəmməd Ələkbərov çıxış edərək narkomaniyaya düçar olmuş şəxslərin cəmiyyətə adaptasiyası və inteqrasiya olunmasında yarana biləcək çətinliklər və onların aradan qaldırılmasında sosial işçilərin rolundan danışıblar. Tədbirdə iştirakçılarla  mövzu ətrafında interaktiv söhbətlər aparılıb, onlara narkomaniya ilə mübarizəyə dair çap materialları və maarifləndirici bukletlər paylanılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.06.2022

DİGƏR XƏBƏRLƏR