XƏBƏRLƏR

“Mənim Universitetim” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Mənim Universitetim” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 dekabr 2017

Baxış sayı: 7663

Azərbaycan Universitetinin 26-cı ildönümünə həsr olunmuş “Mənim Universitetim” yazı müsabiqəsinin qalibləri mükafatlandıırlıb. Mükafatlandırma mərasimində müsabiqənin tarixçəsi, gedişatı və yekunları haqqında məlumat verilib. Bildirilib ki, müsabiqədə universitetin tələbələri ilə yanaşı məzunları da iştirak etmək hüququna malik olub.

Rektor Səadət Əliyeva qeyd edib ki, Azərbaycan Universitetinin məzunları dövlət orqanlarında, iqtisadiyyatın bütün sahələrində işləyir, təhsillərini magistratura proqramlarında davam etdirirlər. Rektor deyib: “Biz məzunlarımızın uğuruna daim sevinirik. Onların məşğulluq səviyyəsi ilə maraqlanır və məzunlarımız ilə daha sıx əlaqələr qurmağa çalışırıq”.  

Daha sonra qaliblərin mükafatlandırılması mərasiminə keçilib. Münsiflər heyətinin qərarına əsasən universitetin Tarix ixtisası üzrə 2008-ci il məzunu Heydərli Şəfəq müsabiqənin qalibi elan olunub. Dünya iqtisadiyyatı ixtisası üzrə 2016-cı il məzunu Əsədova Aytən II yeri, Xarici dil (İngilis dili) müəllimliyi ixtisası üzrə 2017-ci il məzunu Əliyeva Gülər isə III yeri tutub.

Qaliblər universitet rəhbərliyi tərəfindən sertifikat və qiymətli hədiyyələrlə təltif olunublar. Müsabiqənin qalibinə notbuk, II və III yerin sahiblərinə isə müvafiq olaraq planşet və smartfon təqdim olunub.

Müsabiqənin qalibi Heydərli Şəfəq Ağstafa rayonu Qıraq Kəsəmən kənd orta məktəbinin tarix müəllimidir. II yerin sahibi Əsədova Aytən isə Azərbaycan Universitetində İnsan resursları üzrə menecer vəzifəsində işləyir.

Münsiflər heyəti tərəfindən fərqləndirici nominasiyalar da müəyyənləşdirilib. Beynəlxalq hüquq ixtisası üzrə 2005-ci il bakalavriat və 2007-ci il magistratura məzunu Səbuhi Musayev, Xarici dil (İngilis dili) müəllimliyi ixtisası üzrə 2014-cü il məzunu Vüsal Kazımov, Tərcümə ixtisası üzrə IV kurs tələbəsi Axundova Vəfa, Kompüter elmləri ixtisası üzrə magistratura II kurs tələbəsi Alagözova Zibeydə və Tarix ixtisası üzrə magistratura I kurs tələbəsi Əsgərova Günayın müsabiqəyə təqdim etdiyi yazılar xüsusi sertifikata layiq görülüb. 

İctimaiyyətlə əlaqələr şöbəsi
11.12.2017

DİGƏR XƏBƏRLƏR