XƏBƏRLƏR

Məzunlarımız etimadımızı doğruldur

Məzunlarımız etimadımızı doğruldur

22 noyabr 2017

Baxış sayı: 5239

Azərbaycan Universiteti məzunlarının karyera və işlə təmin olunma strategiyasına uyğun olaraq onların məşğulluq problemlərinin həll edilməsi üzrə bir sıra təşkilati, informativ və maarifləndirmə tədbirləri həyata keçirir. Belə tədbirlərdən biri 2017-ci ilin sentyabr-oktyabr aylarında 2013 və sonrakı illərin məzunları üçün təşkil olunub.  Belə ki, “Vergilər Nazirliyinə işə qəbul imtahanları”na peşəkar təlimçilərlə ödənişsiz hazırlıq kursunda müsabihə yolu ilə seçilən 10 məzun iştirak edib.

Dərsləri uğurla başa vuran iştirakçılar “Vergilər Nazirliyinə işə qəbul imtahanları”nın müsabiqə mərhələsində yüksək nəticələr nümayiş etdiriblər.   Onlardan Biznes və iqtisadiyyat fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 2013-cü il məzunlarından İlham Rüstəmov isə müsahibə mərhələsinin bütün tələblərini ən yüksək səviyyədə qarşılayaraq nazirliyin ehtiyat kadrlar siyahısına daxil edilib. İmtahanın nəticələri Nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıq elan edilib.

Vergilər nazirinin 17 noyabr 2017-ci il tarixli əmri ilə isə İlham Kazım oğlu Rüstəmov Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilib.

Məzunumuzu təbrik edir, uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi
22.11.2017


DİGƏR XƏBƏRLƏR