XƏBƏRLƏR

Milli ordumuzun yaranmasından 100 il ötür

Milli ordumuzun yaranmasından 100 il ötür

26 iyun 2018

Baxış sayı: 4173

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il ötür. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bu gün Bakının "Azadlıq" meydanında hərbi parad keçirilir.

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf və təkmilləşmə dövrünü yaşayır. Son 2 ildə həyata keçirilən hərbi əməliyyatlar sübut edir ki, Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə - torpaqlarımızı işğaldan azad etməyə, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, zəfər bayrağımızı Xankəndidə, Şuşada, Laçında və işğal altında olan bütün torpaqlarımızda dalğalandırmaya hazırdır və qadirdir.

Bütün Silahlı Qüvvələri və Azərbaycan xalqını qələbə arzusu ilə təbrik edirik! 

İctimaiyyətlə əlaqələr şöbəsi
26.06.2018


DİGƏR XƏBƏRLƏR