XƏBƏRLƏR

Milli Ardıcıl Tərcümə Müsabiqəsinin Azərbaycan Universiteti üzrə seçim turu keçirilib

Milli Ardıcıl Tərcümə Müsabiqəsinin Azərbaycan Universiteti üzrə seçim turu keçirilib

20 dekabr 2023

Baxış sayı: 991

Xəzər Universitetində keçiriləcək II Milli Ardıcıl Tərcümə Müsabiqəsinin (II National Consecutive Interpretation Contest) Azərbaycan Universiteti üzrə seçim turu keçirilib. Seçim turunda 14 tələbə iştirak edib. Bu mərhələyə Humanitar fənlər fakültəsinin Tərcümə (ingilis dili), Biznes və iqtisadiyyat fakültəsinin tədrisi ingilis dilində aparılan ixtisaslarında oxuyan və ardıcıl tərcümə qabiliyyəti güclü olan tələbələr cəlb olunub. 

Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının müdiri Milana Abbasova, Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının ilk azərbaycanlı üzvü, Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisi, Xəzər Universitetinin Tərcümə mərkəzinin koordinatoru Elvin Abbasbəyli və bu ali məktəbin müəllimi Zamira Qurbanovadan ibarət münsiflər heyəti tələbələri əvvəldən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirib. 

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri Samirə Məmmədova, kafedranın professoru Azad Məmmədov, Xarici dillər kafedrasının müdiri Aygün Qasımova isə müşahidəçi qismində iştirak ediblər. 

Seçim turunun qalibləri müsabiqənin may ayında keçiriləcək final mərhələsində Azərbaycan Universitetini təmsil edəcək.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR